Qarışdırma (səhv salma)

konkret verilmiş anlayışın yerinə eyni cinsli anlayış hədlərində qarışıq anlayışdan istifadəyə əsaslanmış semantik transformasiya.
Qara qutu metodu
Qarışıq situasiya
OBASTAN VİKİ
Lalla Salma
Lalla Salma — Mərakeş Krallığının birinci xanımı Lalla Salma 1978-ci ildə mayın 10-da Mərakeşin Fəs şəhərində dünyaya gəlib. Salma Mərakeş kralı VI Məhəmmədlə 2002-ci ildə ailə həyatı qurub. Onların Moulay Həsən və Lalla Xədicə adında iki övladı var. Kraliça Rabat şəhərində təhsil alıb. ONA Group şirkətində informasiya xidmətləri sahəsində mühəndis vəzifəsində çalışıb. O, HİV-QİÇS və xərçəng xəstəliklərinə qarşı mübarizə ilə əlaqədar xarici ölkələrə səfərlər edib. Məhz bu məsələləri müzakirə etmək üçün Salma xüsusi səfir kimi Tunis və Səudiyyə Ərəbistanı olub. == Mənbə == Birinci xanımlar fotolarda – Lalla Salma.
Salma Hayek
Salma Hayek (isp. Salma Valgarma Hayek Jiménez-Pinault, ərəb. سلمى حايك‎; 2 sentyabr 1966[…]) — Meksika və Amerika kino aktrisası, rejissor və prodüserdir. Salma Hayek 2 sentyabr 1966-cı ildə Meksikanın Verakruz ştatının Koatsakoalkos şəhərində doğulmuşdur. Onun anası ispan əsilli, atası isə livan əsillidir. Uşaqlıqda disleksiya xəstəliyinə tutulmuş və bu səbəbdən bir çox problemlər yaşayıb. Salma Hayek kino karyerasına Meksikada yayımlanan "Tereza" adlı telenovella ilə addım atmışdır. Daha sonra "Düşülən sevgi" filminə görə "Ariel Award" nominasiyasına layiq görülmüşdür. 1991-ci ildən başlayaraq Hollivud filmlərində iştirak edir və böyük şöhrətlər əldə edir. 9 mart 2007-ci ildə Hayek, fransız milyarder və Kering şirkətinin direktoru François-Henri Pinault ilə əlaqəli olduğunu və hamiləliyini təsdiqlədi.
Səhv səcdəsi
İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi sonradan deyiləcək göstərişlə yerinə yetirsin: Təşəhhüdü unutsa. Dörd rəkətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rəkət qıldığı barədə şəkk edərsə. Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır: Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə. Namaz əsnasında səhvən danışsa. Namazın salamını verməli olmadığı yerdə məsələn, birinci rəkətdə səhvən salam versə. Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq. Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən bir cüt səhv səcdəsi yerinə yetirsin. Öskürəkdən peyda olan səs üçün, səhv səcdəsi vacib deyildir, amma səhvən nalə çəksə, ya "ah" çəksə və ya "ah" desə, gərək vacib ehtiyata əsasən səhv səcdəsi etsin.
Gücdən salma taktikası
Gücdən salma (de-escalation— de-eskalasiya) — gərginlik, intensivlik və ziddiyyətlərin artmasının qarşısını almaq üçün nəzərdə tutulmuş bir davranışdır. Həmçinin münaqişə həllində də istifadə olunan bir yanaşmadır. Bəzi insanlar münaqişəni böyütməyə meyilli davranışlara mənsub olduğundan, bu cür böyümənin qarşısını almaq üçün xüsusi tədbirlər görülməlidir. De-eskalasiyaya bir çox yanaşmalar mövcuddur. == Eskalasiyadan de-eskalasiyaya == Rusiya 2014-cü il Milli Müdafiə Strategiyasını (National Defense Strategy) yayımladıqdan və xüsusilə Amerikanın 2018 Nüvə Duruş İncələməsinin (Nuclear Posture Review) nəşrindən sonra ABŞ rəsmiləri, mütəxəssislər və Milli Təhlükəsizlik vizaları "eskalasiyadan de-eskalasiyaya" ifadəsini ya Rusiyanın strategiyasını təsvir etmək üçün, ya da bu təsviri tənqid etmək üçün istifadə etdilər. "Eskalasiyadan de-eskalasiyaya" kimi ifadələr paylaşıldıqları qədər səhv başa düşülən və sui-istifadə edildikləri məqamlarda daha tez yayılan ifadələrdəndir. Bu ifadə ilə bağlı problem, Rusiyanın bir münaqişəni dayandırmaq və ya dayandırmaq üçün müəyyən olunmuş eskalasiyadan (nüvə və ya başqa) istifadə etmək imkanına və ya planına malik olmaması demək deyil. Bu cür eskalasiya daha böyük bir strateji yanaşmanın yalnız bir hissəsidir, həmçinin Moskvanın Nüvə Astanasına diqqəti artırması ağaclar üçün meşəni itirmək riskini daşıyırdı. Rusiyanın bu münaqişəyə yanaşmasını, Soyuq Müharibənin sonuna qədər Amerikanın stategiyasının bir hissəsi olan "eskalasiya nəzarəti" kimi təsvir etmək olar. Soyuq Müharibədən sonrakı münaqişələrdə müəyyən çətinliklərlə qarşılaşan ABŞ, düşmənin bacardığı istənilən qarşıdurma səviyyəsində rəqiblərinə hakim ola bildi.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
== Məzmun == Rejissorun bu filmini modern rejissor işi adlandırmaq olar. Film Ruhi Xəstəliklər Xəstəxanasında çəkilmişdir. Müəlliflər burada müalicə olunan ruhi xəstələri dəli kimi deyil, əsl ağıllı insanlar kimi göstərməyə çalışmışlar. == Festivallar və mükafatlar == 1) 1992-ci ildə Aşqabadda I Beynəlxalq "Gümüş Aypara" kinofestivalı Filmə Baş Mükafat və Diplom verilmişdir. 2) 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə rejissor Yavər Rzayevə Priz və Diplom verilmişdir. Ən yaxşı operator işinə görə Rafiq Quliyevə və İsrafil Ağazadəyə Priz və Diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Yavər Rzayev Operator: Rafiq Quliyev, İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Marat İsgəndərov, Teymur Abdullayev Məsləhətçi: Ağabəy Sultanov Prodüser: Cavanşir Kamandar, Anatollu Qasımov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".